Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Almaniya ilə əlaqələrimiz yüksək səviyyədədir

0

  •  Hər bir Avropa dövləti kimi Almaniya
    da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu
    əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin
    bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb
    isə Azərbaycanın bölgədəki geostrateji mövqeyi və regional layihələri ilə
    qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrlə bağlıdır. Almaniya
    iqtisadi inkişaf baxından Avropa məkanında önəmli rola malikdir. Bu gün
    Azərbaycan və Almaniya arasında iqtisadi-ticari əməkdaşlığın
    genişləndirilməsinə böyük ehtiyac var. Azərbaycan üçün önəmli olan məsələ
    Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpa olunmasıdır. Bu işdə
    alman iş adamları da yaxından iştirak edə bilərlər. Bu səbəbdən Azərbaycan
    Prezidenti  alman iş adamları ilə
    görüşlər keçirir.

     Martın 13-də Cənab Prezident İlham Əliyev
    Almaniyaya səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin otuza yaxın
    biznes təmsilçiləri ilə görüşləri baş tutdu. Bu görüşlərdə ölkəmizin biznes
    potensialı və xarici sərmayəçilər üçün yaradılmış əlverişli biznes mühiti
    haqqında ətraflı məlumat verildi. Bu görüşlərdə və mətbuat konfransında ölkə
    başçısı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ənənəvi və bərpa
    olunan enerji ixracatı sahəsində strateji tərəfdaşlıq və bu əməkdaşlığın
    inkişaf potensialları barədə açıqlama verdi. Səfər çərçivəsində keçirilmiş
    görüşlərin Almaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha da
    inkişaf etdirilməsinə böyük töhfə verəcəyi şübhəsizdir və əminəm ki, qarşıdakı
    illərdə biz bunun faydalı nəticələrini görəcəyik. Səfər çərçivəsində aparılan
    müzakirələr münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da
    inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir. Bu görüşlərdə
    və daha sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın
    görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və
    Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə
    əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hazırkı səfər Azərbaycan-Almaniya
    münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Siyasi, iqtisadi,
    mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaları yarana bilər.
    Digər tərəfdən eyni zamanda nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın
    qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta
    Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji
    dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və
    sabitliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərdir. Bütün bunlar onu deməyə
    əsas verir ki, Azərbaycan mühüm geosiyasi 
    coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına yönəlik addımlar
    atır.

    Azərbaycan prezidentinin Almaniyaya
    səfəri zamanı Ermənitanla Azərbaycan arasında nizamlanma prosesi, sülh
    müqaviləsinin imzalanmasına dair rəsmi Bakının mövqeyi, regondakı reallıqlar
    əsas müzakirə obyekti oldu. Ermənistan təbliğat maşının yalan-yanlış
    məlumatlarına tutarlı cavablar vermək üçün Azərbaycan tərəfinin yaxşı imkanı
    var. Azərbaycan həm reionda, həm dünyada sülhün tərfdarıdır, daim sülh
    təşəbbüsləri ilə çıxış edir. Ermənistanla sülh müqaviləsinin imzalanması da
    rəsmi Bakının istəkləri sırasındadır. Bu gün müasir beynəlxalq münasibətlər
    sistemində ərazi bütövlüyü, suverenlik sərhədlərin toxunulmazlığına dair vahid
    bir yanaşma mövcuddur. Bu baxımdan mövcud münaqişələr ərazi bütövlüyü
    kontekstində həllini tapmalıdır. Buna görə də Azərbaycan Prezidentinin Berlinə
    səfəri  və bu narrativlər Almaniya
    hökumətinin diqqətinə çatdırıldı.Rəsmi Berlin tərəfindən ölkəmizin ərazi
    bütövlüyünün birmənalı olaraq dəstəklənməsi diqqətəlayiq haldır.

    Aydın Əliyev,

    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib84 dəfə
    Almaniya ilə əlaqələrimiz yüksək səviyyədədir

    Maraqlı gələ bilər
    43
    56
    43
    100